Deputatlarımız Türkiyədən məyus və narazı qayıtdılar
May 09
11:51
2016
Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi parlamentlərarası futbol turnirində dünən final görüşü keçirilib.
Qaynarinfo.az xəbər verir ki, "TRT Spor"un canlı yayımladığı finalda türkiyəli deputatlarla azərbaycanlı millət vəkilləri qarşılaşıb. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Lakin türkiyəli hakimin idarəçiliyi Milli Məclisin deputatlarının xoşuna gəlməyib. Belə ki, hakim Azərbaycanın qapısına olmayan penalti verib. Üstəlik, oyuna əlavə olunmuş 5-ci dəqiqədə Türkiyə oyundankənar vəziyyətdən qol vurub.
Qeyd edək ki, III yer uğrunda görüşdə Polşa Seymi Ukrayna Radasına 8:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, azərbaycanlı deputatlar ilk görüşdə polşalı həmkarlarını 2:1 məğlub etmişdi.
Qlobal.az