Deputatlığa namizəd: "İcra başçısı Heydər Əsədovla bağlı tapşırıq verib"
Avqust 25
23:34
2024
Deputatlığa namizəd Peyman Sadıqov Şirvanda seçki prosesinə müdaxilələrin olduğunu deyir.
Bu barədə Sadıqov "Arqument.az"a danışıb.
O deyib ki, Şirvanın icra başçısı İlqar Abbasov 51 saylı Şirvan Seçki Dairəsinin bütün məntəqə sədrlərini və üzvlərini toplayaraq, Yeni Azərbaycan Partiyasının namizədi Heydər Əsədova dəstək olmağa çağırıb.
Onun sözlərinə görə, İlqar Abbasov həm də tapşırıb ki, bütün seçki məntəqəsinin sədr və üzvləri digər namizədlərin seçilməməsi, daha az səs toplaması üçün əllərindən gələni etməlidirlər.
Peyman Sadıqov mediaya çağırış edərək bu pozuntuları diqqətdə saxlamğa çağırıb.
"Bu gün səhər saatlarından Şirvan şəhərinin sayılıb-seçilən ziyalılarından mənə çoxsaylı zənglər gəlib. Hər biri telefonda danışarkən qeyd edir ki, icra başçısı 5-ci gün 51 saylı seçki dairəsinin bütün məntəqələrinin keçmiş sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırıb. Həmçinin görüşdə Şirvanın bir qrup ziyalıları iştirak edib. Görüşdə iştirak edən hər kəsə qəti tapşırıq verilib ki, Heydər Əsədova səs verilməli və onun deputat olması üçün insanları səfərbər edilməlidir".
Deyilənlərlə bağlı Şirvanın icra başçısı İlqar Abbasovdan və Mərkəzi Seçki Komissiyasından münasibət öyrənmək mümkün olmayıb.
Heydər Əsədov 22 oktyabr 2013-cü ildə Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib və 2018-ci il aprelin 21-dək həmin vəzifədə çalışıb.