SON XƏBƏR

"Dərs” beynəlxalq festivalda “Ən yaxşı film” oldu

Sentyabr 11
23:12 2016
Azərbaycanlı rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs” bədii filmi 25-ci "Kinoşok” beynəlxalq film festivalının "KinoMalıŞok” proqramının "Ən yaxşı film” nominasiyasında qalib olub.
 
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC-a bildirilib ki, MDB ölkələri, Latviya, Litva və Estoniyanın iştirak etdikləri festival sentyabrın 3-dən 10-dək Rusiyada keçirilib. "Dərs” filmi festival çərçivəsində Anapa, Krımsk, Novorossiysk və Temryuk şəhərlərinin kinoteatrlarında nümayiş etdirilib.
 
Məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edən "Dərs” tammetrajlı bədii filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook