Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Aprel 15
10:41
2020
Koronavirusun dünya iqtisadiyyatına təsirləri artmaqdadır. Pandemiyanın təhdidləri və ondan doğan fəsadların təzyiqi ilə iqtisadi artım templəri aşağı düşür, maliyyə bazarında ciddi problemlər yaşanır, milli valyutalar dəyər itirir. MDB məkanına aid və bir sıra qonşu ölkələrin milli valyutaları 2-15 faiz intervalında dəyərsizləşib.
Neftin qiymətinin kəskin surətdə düşməsi manata da təzyiqləri xeyli gücləndirib. "Qara qızıl”ın qiymətlərinin hazırkı aşağı səviyyədə uzun müddət qaldığı şəraitdə manat duruş gətirə biləcəkmi və dürüş gətirə bilsə, bu, nə qədər davam edəcək, sualı aktuallaşıb.
Qaynarinfo-ya danışan iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, neftin qiyməti manatın məzənnəsinə təsir göstərən əsas amildir:
Bu yaxınlarda "Fitch” beynəlxalaq reytinq agentliyi də Azərbaycanla bağlı açıqlama verdi ki, manatı bu səviyyədə saxlamaq çox çətin olacaq, bunun üçün valyuta ehtiyatları xərclənməlidir”.
S.Əliyev qeyd etdi ki, artıq Azərbaycan hökumətinin 2015-ci il təcrübəsi var:
S.Əliyevin sözlərinə görə, manatın məzənnəsinin sabit saxlanması neftin qiymətinin nə qədər bu həddə qalmasından asılı olacaq:
"OPEK+ razılaşması mayın 1-dən qüvvəyə minir. Ən azı hökumət o dövrü gözləyəcək ki, mayda neft hansı səviyyəyə qalxacaq. Lakin nə qədər artsa da, 50-60 dollar həcmi gözlənmir, ən yaxşı 40 dollar civarında artım olacaq. Yəqin ki, uzağı iyun ayında devalvasiya ilə bağlı hökumətin bir qərarı olacaq: yəni özü üçün müəyyən edəcək ki, devalvasiyaya gedilsin ya yox, gözləmək olarmı, olmazmı. Bu da asılı olacaq koronavirusun yaratdığı problemlərin aradan qalxıb-qalxmaması və neftin qiymətinin artıb-artmamasından. Mən aprel-may aylarında məzənnə dəyişikliyi gözləmirəm. Hətta riskə gedib yay aylarında da məzənnə dəyişikliyinə gedilmə ehtimalının az olduğunu dilə gətirirəm. Ola bilsin, payızda məzənnə ilə bağlı müəyyən addım atılsın, bu da neftin qiymətindən asılı olacaq. Əgər bahalaşma olarsa, onda hökumət qərarını bir müddət ertələyə bilər. Hər bir halda hökumət məzənnəni saxlamaqda qərarlıdır.
Bütün bunlarla bərabər, biz dəqiq gözləntilərimizi may-iyun aylarında dəqiq deyə biləcəyik”.
Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Əli Məsimli bildirdi ki, manat üzən məzənnə rejimində olmadığına görə bu sual ətrafında mülahizə yürüdərkən Mərkəzi Bank və hökumətin davranışları həlledici rol oynayacaq:
"Hələlik görünən odur ki, Mərkəzi Bank hazırkı siyasətini davam etdirmək istəyir. "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı və 2020-ci ildə tam üzən məzənnə rejiminə keçiləcəyi elan edilmişdi. Bildirilmişdi ki, tam "üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik. Amma proqram əvəzinə keçən ilin oktyabrında elan edildi ki, "2020-ci ildə "Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
Əslində 2020-ci ildə üzən məzənnə rejiminə keçilməyəcəyi elə 2016-cı ildə bu məsələnin Strateji Yol Xəritəsinə salındığı zaman məlum idi. Çünki buna institutsional və digər əsaslar yoxdur və yaradılmır da”.
Ə.Məsimlinin fikrincə, artıq postneft dövrüdur və əvvəl-axır bu məsələni həll etmək lazım gələcək:
"Koronavirus və onun ətrafında gedən proseslər, idarəetmə sistemində gözlənilən dəyişiliklər, post-neft dövrünün yeni tələbləri və sair bu kimi məsələlər iqtisadi blokun, o cümlədən Mərkəzi Bankın da qarşısına yeni vəzifələr qoyur. Maliyyə-bank sistemində əsaslı islahatlar, bank sisteminin sağlamlaşdırılması, real iqtisadiyyata yaxınlaşdırılması, məqbul faiz dərəcələrinə stimullaşdırma, qarşılıqlı etimadın təmin edilməsi ilə yanaşı, indi olmasa da, perspektivdə manatın ağrısız surətdə tam üzən məzənnəyə keçməsi üçün zəruru olan makroiqtisadi, struktur, institusional və sair xarakterli şərtlərin təmin edilməsinə, qiymətli kağızlar bazarının inkişafının sürətləndirilməsinə yönəlik fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili qeyd etdi ki, 2015-ci ildən bəri Azərbaycanın idxalı 4,5 milyard dollar, qeyri-neft ixracı cəmi 0,3 milyard dollar artıb. Onun sözlərinə görə, yerli istehsalın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi idxalımızı bir neçə milyard dollar azaldar, qeyri-neft sahələrinin ixracının artırılması isə bu sahənin ixracını hazırkı 2 milyard dollardan 2-3 dəfə yüksəyə qaldırmağa imkan verər:
"Bu isə əhalinin yerli məhsul və mallarla təminatının etibarlılığını artırmaqla yanaşı, həm də milli valyutanın - manatın dünya bazarında neftin qiymətindən asılılığı kimi Azərbaycan üçün çox bəlalı bir problemin aradan qaldırılmasına imkan verər. Bax, onda tam üzən məzənnəyə ağrısız keçmək üçün zəruri şərtlərdən çox önəmlisini də həll etmiş olarıq”.
Mənbə: Qaynarinfo.az
Neftin qiymətinin kəskin surətdə düşməsi manata da təzyiqləri xeyli gücləndirib. "Qara qızıl”ın qiymətlərinin hazırkı aşağı səviyyədə uzun müddət qaldığı şəraitdə manat duruş gətirə biləcəkmi və dürüş gətirə bilsə, bu, nə qədər davam edəcək, sualı aktuallaşıb.
Qaynarinfo-ya danışan iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, neftin qiyməti manatın məzənnəsinə təsir göstərən əsas amildir:
"Xüsusilə də neftin qiymətinin aşağı qiyməti uzun müddətlidirsə, bu, mütləq öz təsirini göstərəcək. Necə ki, 2008-2009-cu ildə dünyada maliyyə böhranı olanda neft kəskin düşdü və qısa müddətdə yenidən qalxdı, amma biz gördük ki, Azərbaycanda heç bir məzənnə dəyişikliyi baş vermədi. Lakin 2014-cü ilin sonlarından başlayaraq neftin qiyməti düşməyə başladı, bu ucuzlaşma 2015-ci ildə də davam etdi və uzun müddət belə qaldı. Həmin dövrdə biz manatın iki dəfə kəskin devalvasiyasının şahidi olduq. Bu iki nümunə göstərir ki, neftin qiymətinin ucuz olması müddəti bizə təsir edir. İndi artıq neftin qiyməti qırmızı xətti keçib. Büdcədə 55 dollar nəzərdə tutulub, tədiyyə balansında mənfi kəsirin olmaması üçün neftin qiyməti 40 dollardan yüksək olmalıdır. Amma bu gün Brent markalı neft 30 dollar ətrafındadır, Azərbaycan nefti isə məlumatlardan da görünür ki, daha aşağı qiymətə satılır. Bu, dövlət büdcəsi üçün böyük problem yaradır.
S.Əliyev qeyd etdi ki, artıq Azərbaycan hökumətinin 2015-ci il təcrübəsi var:
"İki dəfə devalvasiya getdi və bunun ağır fəsadlarını həm hökumət gördü, həm əhali. Hələ də ölkə iqtisadiyyatı o devalvasiyaların zərbələrindən tam qurtula bilməyib, bank sektoru tam gücü ilə işləyə bilmir. Ona görə də hökumət tam anlayır ki, Azərbaycanda manatın məzənnəsi çox vacib rol oynayır. Məsələn, bizimlə eyni iqtisadiyyata malik olan qonşu Rusiya və Qazaxıstanla müqayisədə bizdə məzənnənin rolu hədsiz yüksəkdir. Çünki biz idxaldan asılı ölkəyik. Məzənnənin dəyişməsi qiymətləri avtomatik bahalaşdırır, inflyasiyanı gücləndirir, hətta yerli istehsalı da bahalaşdırır. Ona görə ki, yerli istehsal da dolayısı ilə idxaldan asılıdır. Hökumət yaxşı bilir ki, devalvasiyanın zərəri xeyrindən dəfələrlə çoxdur. Devalvasiyanın xeyri odur ki, manat ucuzlaşır, ixracı stimullaşdırır. Eyni zamanda devalvasiya olanda büdcə öhdəliklərinin icrası rahat olur. Məsələn, neft pulları biri var 1 dollar 1,7 manatdan büdcəyə gələ, biri də var 2 manatdan. Devalvasiya olanda hökumət daha az neft pulu xərcləyir. Bu iki üstünlük devalvasiyanın xeyridir, amma zərbələri daha çoxdur: yüksək inflyasiya, əhalinin sosial vəziyyətinin, sahibkarlığın vəziyyətinin pisləşməsi, maliyyə sektorunun aldığı ağır zərbə və s. Hökumət bütün bunlara görə məzənnəni sabit saxlamaq siyasəti yürüdür. Biz istəsək də, istəməsək də, iqtisadiyyatımız neftdən asılıdır, iqtisadiyyatımız şaxələnməyib, neftin alternativi olan sahələr demək olar ki, yox dərəcəsindədir. Hökumət məzənnəni maksimum saxlamaq siyasəti yürüdür. Qonşu Rusiya və Qazaxıstanda neft ucuzlaşanda milli valyuta da ucuzlaşdı, gördüyünüz kimi, Azərbaycanda heç bir dəyişiklik baş vermədi. Hökumət Neft Fondunun vəsaitlərini bazara yönəltməklə məzənnəni sabit saxlaya bildi”.