SON XƏBƏR

Devid Bekhemin klubu Kriştianu Ronaldunu almaq istəyir

Mart 02
07:55 2021
İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu karyerasını İngiltərə yığmasının keçmiş oyunçusu Devid Bekhemə aid olan MLS "İnter Mayami" (ABŞ) klubunda davam etdirə bilər.

"Report” xəbər verir ki, bu barədə "Todo Fichajes” məlumat yayıb.

Qeyd edilir ki, "İnter Mayami" portuqaliyalının Turin klubundakı gələcəyinin qeyri-müəyyənliyindən istifadə etmək niyyətindədir və futbolçuya təklif etməyə hazırdır.
 
Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır, tərəflərdə razılaşmanın uzadılması ilə bağlı müəyyənlik yoxdur.

Məlumata görə, Bekhem əmindir ki, 36 yaşlı Ronaldunu ABŞ-a keçməyə şəxsən razı sala biləcək. Qeyd edək ki, Lionel Messi artıq keçiddən imtina edib.

Ronaldu cari mövsümdə "Yuventus”da 29 matçda iştirak edərək 26 dəfə fərqlənib, habelə 3 məhsuldar ötürmə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook