SON XƏBƏR

"Deyirlər ki, ikinci dəfə ailə qurmuşam" - İradə VIDEO

Yanvar 05
12:11 2016
Müğənni İradə İbrahimova ikinci dəfə ailə həyatı qurması ilə bağlı şayiələrə cavab verib.
 
Sənətçi "ATV maqazin onlarla” verilişində şəxsi həyatından danışıb:
 
"Şayiə yayıblar ki, guya ikinci dəfə ailə qurmuşam. İpəyin atası başqasıdır, Əlinin atası başqası. İkinci dəfə ailə həyatı qurmaq eyib deyil. Belə xanımları çox qınayırlar. Ailə bağlı qutudur. Heç kim heç kimin nə yaşadığını bilə bilməz. İkinci dəfə ailə quran insanları qınamasınlar. Ayrılmaq istəyən ayrıla bilər. Buna hər kəsin haqqı var. Mən bir dəfə ailə həyatı qurmuşam. Ceyhun çox arıqladı, başqa insan oldu. Hərdən özüm də gözlərimə inanmıram, deyirəm ki, "Bu, Ceyhundur?” Arıqlayandan sonra dəyişib". İ.İbrahimova yenidən ana olmaq istədiyini bildirib: "Əslində mən 4 övlad istəyirəm. Qardaşın qardaşı, bacının bacısı olsun”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook