SON XƏBƏR

DGK sədri xaricdə şirkətlər açan əməkdaşlarına niyə göz yumur?

Sentyabr 04
10:04 2019
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sentyabr ayının 1-də Real TV-yə müsahibəsi zamanı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. 
 
Real tv-yə müsahibəsində Dövlət Gömrük Komitəsində son zamanlar aparılan islahatlardan danışan Komitə sədri strukturda baş verən rüşvət hallarına toxunaraq "əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik"- deyib. 
 
Maraqlıdır ki, Səfər Mehdiyev ötən il Dövlət Gömrük Komitəsinə sədr təyin edildikdən sonra gömrük işçiləri ən xırda qüsurlara, rüşvətə görə sərt cəzalandırılsalar da, adları böyük korrupsiyada hallanan, xaricdə obyektlər almaqda, şirkətlər yaratmaqda ittiham olunan gömrük işçilərinin heç biri sorğu-suala tutulmadılar. 
 
Ötən ayın əvvəlində yerli mediada gedən məlumatlara görə xaricdə çoxsaylı şirkətlər açan şəxslərdən biri də Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi Eldar Abbasovdur. 
 
DGK-nin şöbə müdiri Eldar Abbasovun  Londonda açdığı "İnfipro” adlı şirkətin 75%-i özünə, 25 faizi isə həyat yoldaşı Dünya Piriverdiyaya məxsusdur. 
 
Onu da nəzərinizə çatdıraq ki, Dünya Piriyeva "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevin qızıdır. 
 
Eldar Abbasov isə sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun oğludur. 
 
İlginc məqam isə budur ki, Eldar Abbasov xaricdəki şirkətləri atası vəzifədən azad edildikdən sonra təsis edib. 
 
Xatırladaq ki, bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli Sumqayıt Baş Gömrük İdarəsinini rəisi Vəzir Həsənovun da xaricdə milyonluq mülklərinin olması barədə sənədlər yaymışdı. 
 
Qlobal.az məsələyə DGK-dən münasibət öyrənməyə çalışsa da, qarşı tərəf heç bir münasibət bildirmədi.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook