Diaspor komitəsinin sədrinin 5 min manatlıq geyimi – FOTOFAKT
İyul 01
00:56
2021
Vitse-spiker Adil Əliyev Milli Məclisdə YAŞAT Fonduna ianələrin edilməsi ilə bağlı çağırış edib.
O deyib ki, hər kəs fonda heç olmasa 10 manat yardım etsin.
Bu çağırışdan sonra jurnalist Fikrət Hüseynli araşdırma aparıb.
O, "Feysbuk” hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun şəklini paylaşaraq onun kəmərinin 1528 avro, ayaqqabısının isə 740 avro olduğunu iddia edib.