DiKaprionun meneceri erməni olacaq - "Putin" rolunda
Fevral 03
19:51
2016
Aktyor Leonardo DiKaprio Rusiya Prezidenti canlandırmaq arzusunu həyata keçirməyə hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Knights Bridge Entertainment" şirkəti artıq "Putin" adlı filmin çəkilməsinə qərar verib. Şirkətin saytında artıq ekran işinin elanı verilib. Filmin baş rolunda 41 yaşlı DiKaprio çəkiləcək.
Prodüser işini aktyor Mett Deymon öhdəsinə götürüb. Çəkilişlər bu ilin yaz aylarında start götürəcək.
Qeyd edək ki, filmi çəkən "Knights Bridge Entertainment"in top-meneceri erməni əsilli Valeriy Saaryandır.