SON XƏBƏR

Dilçilik İnstitutu: MTRŞ-nın “mıtırışı” kimi səsləndirilməsi məqbul deyil

Yanvar 25
16:58 2016
"Milli Televiziya və Radio Şurasının (MTRŞ) "mıtırışı” kimi səsləndirilməsini məqbul hesab etmirik. Dövlət orqanının adı "metereşe” kimi səsləndirilsə daha yaxşı olar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi Dilçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov deyib. O bildirib ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan ədəbi dilinin orfoqrafiya lüğəti təsdiqlənib: "Azərbaycan ədəbi dilinin orfoqrafiya lüğətində təsdiqlənmiş qısaltmalar var. Düzdür, Milli Televiziya və Radio Şurasının qısaltması hələ təsdiqlənməyib. Hazırda qısaltmaların sayı çoxalıb. Gələcəkdə zərurət yaranarsa, Milli Televiziya və Radio Şurasının qısaltması təsdiqlənə bilər. Mətn daxilində MTRŞ qısaltmasından istifadə oluna bilər, lakin səslənmə zamanı dövlət orqanının adını tam söyləmək daha yaxşı olar”. Şöbə müdiri qeyd edib ki, təsdiqlənmiş qısaltmalardan başqa ixtisaslar aparmağa heç kimin səlahiyyəti yoxdur: "Biz yalnız qəbul olunmuş qısaltmaların oxunuşunu veririk”. Qeyd edək ki, ANS telekanalında yayımlanan "Hesabat” analitik-informasiya proqramının aparıcı Mirşahin Ağayevin Milli Televiziya və Radio Şurasının adını "mıtırışı” deyə səsləndirməsi şura tərəfindən narazılığa səbəb olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook