SON XƏBƏR

Dini rəhbər, yoxsa “siqaret patriarxı”

Mart 12
22:24 2018
Bolqarıstan baş nazirinin müavini Valeriy Simeonov BNT telekanalına müsahibəsi zamanı Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli "siqaret patriarxı” və "KQB-nin ikinci dərəcəli agenti”adlandırıb. Simeonov bildirib ki, Moskvanın və bütün Rusiyanın patriarxı ünvanını daşıyan Vladimir Qundyayevdən (patriarx Kirillin əsl adı) üzr istəmək niyyətində deyil. "Bu adam göydən düşməyib, Cənnətdən gəlməyib və Həzrəti İsanın göndərdiyi adam deyil. O rusiyanın siqaret patriarxı kimi tanınır”. Baş nazirin müavini sözlərinin təsdiqi kimi bəyan edib ki, Vladimir Qundyayev (patriarx Kirill) 1996-cı ildən bu günə kimi Rusiyaya 14 milyard dollarlıq siqaret və 4 milyard dollarlıq şərabı aksiz ödəmədən idxal edib. Həm də bu 4 milyard dollarlıq şərab guya kilsənin ehtiyacları üçün idxal edib. "Bu şəxsin özəl təyyarəsi var. Onun saatının qiyməti 30 min dollardır”.

Bolqar siyasətçi daha sonra bildirib ki, Vladimir Qundyayev din xadimi deyil, KQB-nin Mixaylov kod adlı ikinci dərəcəli agentidir.
 
Rəsmən özünü Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli adlandıran bu şəxs haqqında Rusiya müxalifətinin önəmli simaları Vladimir Qundyayev deyə bəhs edir, onun çox böyük sərvət sahibi olduğunu iddia edirdilər. İndi isə onu siqaret patriarxı və KQB-nin ikinci dərəcəli agenti adlandırdılar. Rusiya müxalifətinin lideri Aleksey Navalnı araşdırmalarının birində bu şəxsin özəl gəmisini üzə çıxarşışdı. İndi isə şəxsi təyyarəyə malik olduğu iddia edilir(azadlıq.info).

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook