SON XƏBƏR

Dollar 2 manatdan baha olacaq? (PROQNOZ)

Dekabr 21
16:10 2017
"AzFinance” investisiya şirkəti manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb.
 
Qlobal.az-ın APA-ya istinadən xəbərinə görə, şirkətin direktor müavini Murad Əhmədov bildirib ki, hazırda dövlət büdcəsinin daxilolmalarında neft sektorunun payı yüksəkdir.
 
Onun fikrincə, büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artması manatın məzənnəsini daha da sabitləşdirə bilər: "Buna nail olsaq, bir şeyi dəqiq deyə bilərəm ki, 1 dolların məzənnəsi 2 manatı keçməyəcək. Bizi neftin qiyməti də təəssüfləndirə bilər və bu amili unutmaq olmaz. Neftin qiyməti kəskin dəyişərsə və bizim ticarət tərəfdaşlarımızın valyutası, yəni Rusiya rublu və Qazaxıstan təngəsi ucuzlaşarsa, manat da ciddi təzyiqlərlə üzləşəcək. Dəqiq proqnoz vermək çətindir. Manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bank tərəfindən nə qədər vəsaitin xərclənəcəyini də bilmirik. Bir daha qeyd edirəm ki, büdcə daxilolmalarında qeyri-neft sektorunun payı nə qədər çox olarsa, dolların məzənnəsi bizi daha az narahat edər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook