"Dollar əvvəl 2, sonra isə 3 manatdan baha olacaq" - Ekspert
Noyabr 04
00:05
2016
"Ən çox verilən sual manatın taleyi ilə bağlıdır. Əksəriyyəti də qısamüddətli proqnoz maraqlandırır. Lakin bu məsələ üzrə qısamüddətli proqnoz vermək çətindir. Çünki manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Kiçik dövr çərçivəsində Mərkəzi Bank istənilən məzənnəni təyin edə bilər (özünün zərərinə olsa belə). Buna görə də ciddi proqnoz uzunmüddətli (ən azı 1 illik) ola bilər".
Qaynarinfo.Az xəbər verir ki bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov şərhində deyib.
Əkrəm Həsənov bildirib ki, uzunmüddətli perspektivdə manatın taleyi acınacaqlıdır: "Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Niyə? Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Deməli, ölkədə dollar azaldıqca, qiyməti də artacaq. Dollarımız isə azalır, o cümlədən valyuta ehtiyatlarımız da (həmçinin Neft Fondunun səriştəsiz fəaliyyəti nəticəsində).Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək (iqtisadi əsaslarla yanaşı geosiyasi səbəblər də var). Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır. Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı inkişaf etməyib və etmir də. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür, məmurlar Prezidentin göstərişlərini yerinə yetirmir. Məhkəmə sistemi bərbad gündədir. Buna görə də sərmayə qoyub iş görmək istəyən yoxdur.Xaricə nə isə satmağımız bir tərəfə, heç özümüzü də təmin edə bilmirik, ərzaqın da böyük hissəsini idxal edirik. Təbii, neft gəlirləri hesabına. Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzaqa xərclənir".
Ekspert bildirib ki, devalvasiyanın sonu görünmür: "Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin. "Müstəqil və obyektiv” dedikdə məhkəmələrin siyasi iradədən heç asılı olmaması ehtiva olunmur. Belə şey heç bir ölkədə yoxdur, buna inanmayın. Ən azı iqtisadi məsələlər üzrə məhkəmələr obyektiv olmalıdır, korrupsiyaya bulaşmamalıdır (məsələn, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi).
Sıravi vətəndaşlara manatın devalvasiyasının bir əsas indikatorunu göstərə bilərəm: Elman Rüstəmov. Bank sistemi və milli valyuta etimada söykənən institutlardır. Bu etimad ilk növbədə Mərkəzi Bankın rəhbərinə olan etimadla ölçülür. Azərbaycanda isə Mərkəzi Bankın sədri ən nüfuzsuz məmurlardan biridir, sözünə heç etimad yoxdur, düz danışanda belə. Buna görə də məntiqlə çoxdan istefaya göndərilməli idi. Amma göndərilmir. Niyə? Ona görə ki, devalvasiya bitməyib. Bu "qara” işi yekunlaşdırmağı başqasına həvalə etmək isə əlverişsizdir, çünki yenisi də dərhal hörmətsiz olacaq. Buna görə də nə qədər ki, Elman müəllim vəzifəsindədir (yəni onun başı baş bankir, imzası isə manatın təminatçısı kimi görünürsə), bilin ki, devalvasiya dəqiq bitməyib (bunu hələ ötən ilin aprelində onu yenidən vəzifəsinə təsdiq edəndə demişdim). Sonrasını isə zaman göstərər..."
Qlobal.az