SON XƏBƏR

Dollar lirəyə nisbətdə sürətlə ucuzlaşır

Avqust 16
15:17 2018
Türkiyənin bank bazarını tənzimləyən qurumun "swap” (valyutadəyişmə) həmləsindən sonra dolların məzənnəsi lirəyə nisbətdə ucuzlaşmaqda davam edir. 

Oxu.Az xəbər verir ki, bu gün günorta saatlarına olan məlumata görə, dolların alış məzənnəsi  5,78, satış məzənnəsi isə 5,79 lirə olub. 

Beləliklə, bir gündə dollar lirəyə nisbətdə 2,54 faiz zəifləyib. Son üç gündə isə dolların itkisi 15,1 faiz təşkil edib.

Avro  lirəyə nisbətdə 1,91 faiz aşağı düşüb. Avronun alışı 6,57, satışı 6,59 lirə olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook