Dollara tələbat artır - Mərkəzi Bank daha 76 milyon dollar satdı
Dekabr 19
14:29
2023
19 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
"AzPolitika.info”-nun Mərkəzi Banka istinadla verdiyi məlumata görə, hərracda tələb 76,5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
12 dekabr 2023-cü il tarixindəki hərracda isə tələb 69,1 milyon ABŞ dolları olmuşdu. 2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 93 valyuta hərracında banklara cəmi 3 milyard 663,6 milyon dollar satılıb.
"AzPolitika.info”-nun Mərkəzi Banka istinadla verdiyi məlumata görə, hərracda tələb 76,5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, 14 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 70,9 milyon ABŞ dolları təşkil etmişdi.