SON XƏBƏR

“Dolların 1.70 manatda saxlanılması Azərbaycan üçün çox bahalıdır“ - Reytinq proqnozu “mənfi“yə düşdü

Aprel 13
13:41 2020
"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.

Reytinqlər üzrə proqnoz "sabit”dən "mənfi”yə dəyişdirilib.

"Mənfi proqnoz neftin qiymətinin ucuzlaşması və COVİD-19 pandemiyasından Azərbaycanın xarici buferləri və makroiqtisadi sabitliyə birləşdirilmiş şokun iqtisadiyyata təsirini əks etdirir”, - məlumatda qeyd olunur.

Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycan hakimiyyəti fevralın sonundan etibarən Brent markalı neftin qiymətinin 32 faiz ucuzlaşmasına baxmayaraq Dolların məzənnəsini 1,7 manat səviyyəsində saxlamağa davam edir, bu da Azərbaycanın neft sektorundan yüksək dərəcədə asılılığı nəzərə alınaraq (ÜDM-in 40%-i), ixracın 90%-i və vergi daxilolmalarının 2/3 hissəsi), xarici təzyiq azalmasa "çox bahalı və qeyri-sabitdir”.

"Fitch” qeyd edir ki, 2020-ci ilin əvvəlindən Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında 2,9 milyard dollar, həmçinin martda - 1,9 milyard dollar valyuta satıb. Ümumilikdə, ARDNF 2020-ci ildə satmağa ümid etdiyi xarici valyutanıln 45%-ni artıq satıb.

Agentlik vurğulayır ki, hərraclarda xarici valyuta satışlarının həcmləri 2020-ci il martın 10-da pik həddə çatıb (323 milyon dolar), lakin bu dövrdən etibarən müntəzəm olaraq azalıb və aprelin 9-da hərracda 55 milyon dollar təşkil edib. "AMB və ARDNF-nin valyuta ehtiyatlarının daxil olduğu suveren xarici aktivlər yüksəkdir və 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir”, - məlumatda deyilir.

Eyni zamanda, agentlik depozitlərin dollarlaşması (2019-cu ilin sonuna 61%) və kreditlərin dollarlaşmasının (35%) yüksək səviyəsini qeyd edir. "2015-ci ilin böhranından sonra dollarlaşmanın səviyyəsi azalıb, lakin 2014-cü ilədək göstəricilərindən yüksək səviyyədə qalır və milli valyutanın devasiyası zamanı potensial təsiri gücləndirir”, - məlumatda vurğulanır.

"Fitch”in analitikləri hesab edirlər ki, neftin qiymətinin ucuzlaşması Azərbaycanda cari əməliyyatlar hesabının saldosunun mühüm dərəcədə pisləşməsinə gətirəcək.

"Fitch” hesab edir ki, koronavirusun yayılması və neftin qiymətinin ucuzlaşması bankların aktivlərinin keyfiyyətinə təsir göstərəcək. "Azərbaycanda banklar 2015-ci ildə devalvasiyadan sonra meydana gələn aktivlərin keyfiyyəti ilə bağlı problemlərdən sonra hələ də bərpa olunurlar, lakin zəif olaraq qalırlar. 2017-ci ildə borcunun təkrar strukturlaşdırılmasından sonra ABB iri kapital buferləri və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə gəlirliliyə qayıtdı. Lakin, 2017-ci ildə 1,9 milyard dollar açıq valyuta mövqeyinin azalmasına baxmayaraq, hecləşdirilməmiş mövqeyi iri olaraq qalır və 2020-ci ilin fevral ayında 0,8 milyard dollar təşkil edir”, - məlumatda bildirilir.

Agentliyin qiymətləndirmələri görə, Azərbaycan Dünya Bankının "Biznesin asan aparılması” göstəricilərində müehüm irəliləyişə nail olub, lakin iqtisadiyyatın şaxələndirilməsi məqsədilə mühüm həcmdə qeyri-neft birbaşa xarici investisiyaların cəlb olunması qabiliyyəti qeyri-müəyyən olaraq qalır. /"Marja"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook