SON XƏBƏR

Donald Tramp “The Washington Post” qəzetini ittiham etdi

Aprel 06
00:20 2018
"Amazon.com” internet şirkətinə qarşı tənqidi çıxışlarını davam etdirən ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi bu şirkətin yaradıcısı Ceff Bezosa məxsus olan "The Washington Post” qəzeti olub.
 
Ağ Evin sahibi "Twitterdəki” mesajında "The Washington Post” qəzetini "Amazon”un "əsas lobbiçisi” adlandırıb. Tramp son iki həftə ərzində şirkəti vergiləri tam ödəmədiyinə, "Amazon”un mallarının daşınması və göndərilməsində ABŞ-ın poçt xidmətinə az ödəniş etdiyinə görə kəskin tənqid edib. ABŞ Prezidenti "The Washington Post”u da Ağ Ev və onun Administrasiyasına qərəzli münasibətə görə dəfələrlə tənqid edib. Bu dəfə onun qəzetin ünvanına etdiyi tənqid Çindən idxal olunan mallara tariflərin artırılması və Pekinin ABŞ-dan idxal etdiyi məhsullara cərimələrin tətbiqi haqqında məqalə ilə bağlıdır.
 
Tramp "Twitter” səhifəsində yazıb: "Amazon”un əsas lobbiçisi olan saxta xəbərlər qəzeti "The Washington Post” daha bir yalan sərlövhə dərc edib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook