Donetskin atəşə tutulması nəticəsində ölənlərin sayı 27-yə çatıb
Yanvar 22
01:16
2024
Ukraynanın işğal altındakı Donetsk şəhərinin Tekstilşik mikrorayonuna artilleriya zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.
Rusiya tərəfi Ukraynanı ittiham edir. Kiyev ittihamları hələlik şərh etməyib.
"Report” xəbər verir ki, bu barədə "Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Pişulin teleqramda bildirib.
"USQ-nin Donetskin Tekstilşik mikrorayonuna artilleriya atəşi nəticəsində 27 mülki şəxs həlak olub, daha 25 nəfər, o cümlədən iki yeniyetmə müxtəlif dərəcəli xəsarətlər alıb”, – qondarma region başçısı qeyd edib.