DQ Baş İdarəsinin hərbi qulluqçularının maaşları artırıldı - Qərar
Yanvar 12
16:15
2024
Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb.
Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.