“Dörd ayda Ermənistanı 80 min nəfər həmişəlik tərk edib” - Köçəryan
İyun 05
10:19
2021
Ermənistanın ikinci prezidenti, "Ermənistan” blokunun lideri Robert Köçəryan ölkəsini tərk edən vətəndaşların sayının kəskin artması barədə danışıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata əsasən, Köçəryan cümə günü Ermənistanın Sevan şəhərində tərəfdarları ilə görüşü zamanı bu mövzuya toxunub.
O, bildirib ki, son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayı kəskin şəkildə artıb. Dörd ay ərzində mənfi saldo 80 min nəfər təşkil edib. Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq depopulyasiya, yəni qaçış adlanır.