SON XƏBƏR

Dron-kamikadze Moskva magistralına hücum edib

May 17
11:09 2023
Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.

APA-nın Moskva müxbiri yerli teleqram kanallarına istinadən xəbər verir ki, dünən gecə Tarutino kəndi yaxınlığında (Moskvadan təxminən 100 km aralı) Moskva Böyük Halqasının 380-ci kilometrliyində PUA düşüb və partlayıb.

Hadisə yerinə gələn müstəntiqlər yolda alüminium parçaları, səpələnmiş torpaq və ağac budaqları aşkar ediblər. PUA magistral yoldan bir qədər aralıda meşəyə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olmadığı bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook