SON XƏBƏR

DSX-nin yeni döyüş gəmisi "Tufan" dənizə endirildi (FOTOLAR)

Yanvar 24
10:38 2019
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilən S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb".
 

Qeyd edək ki, bu ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Tufan" gəmisinə baxış keçirib.
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook