SON XƏBƏR

DTX Bakıda terror planlaşdırmaqda şübhəli bilinən şəxsi saxladığını deyir

İyul 10
17:34 2023
"Əfqanıstan vətəndaşı üçüncü ölkənin səfirliyinin yerləşdiyi ərazidə müşahidə aparıb”

Əfqanıstan İslam Respublikasının vətəndaşı Favzan Musa Xanın Azərbaycanda terror aktı törətməkdə ittiham olunduğu bildirilir.

Bu barədə Dövlət Təhlüksizlik Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan terror aktı planında digər şəxslərlə qabaqcadan əlbir olub: "Favzan Musa Xan cinayət əməllərini törətmək niyyəti ilə Azərbaycana gəlib. O, Bakıda yaşadığı müddətdə üçüncü dövlətin Azərbaycandakı Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb”.

"Favzan Musa Xan həmçinin terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib”, – deyə rəsmi məlumatda qeyd olunur.

Faktla bağlı Favzan Musa Xana qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə cinayət işi başlanılıb: "O, cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

DTX hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirildiyini əlavə edib.

Ancaq DTX Favzan Musa Xan barəsində həbs qətimkan tədbirinin müddətini açıqlamayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook