DTX rəhbərinin Şuşada Samvel Şahramanyanla görüşü keçirilib
Sentyabr 23
15:04
2023
Sentyabrın 22-də Şuşada Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin Qarabağın "prezidenti" Samvel Şahramanyanla görüşü keçirilib.
Bu barədə erməni telejurnalist Tatul Akopyan bildirib. O, məlumatın mənbəyini açıqlamır.
Göründüyü qədər, Şahramanyan Əli Nağıyevlə görüşündə Bakının tələblərinə cavab verib. Yəqin ki, humanitar məsələlərə - yaralıların və humanitar yardımın çatdırılması məsələsinə də toxunulub.
Rəsmi Bakı bu görüş haqqında məlumat yaymayıb. (Turan)
Onun verdiyi məlumata görə, bu görüş Yevlaxdakı görüşün davamı olub.
Məlum olduğu kimi, sentyabrın 21-də Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələrinə rəsmi Bakının tələbləri və şərtləri təqdim edilib.
Rəsmi Bakı bu görüş haqqında məlumat yaymayıb. (Turan)