DTX rəisi AŞ-nin Baş katibini Ermənistanın mina terroru barədə məlumatlandırıb
Oktyabr 31
13:22
2023
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev oktyabrın 30-da Avropa Şurasının (AŞ) Strasburq şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriçi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə məlumatlandırıb.
Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Ə.Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasibət bildirib.