SON XƏBƏR

"Düdelanj" rəsmilərinin üzrxahlığından sonra oyun davam etdirilib

Oktyabr 04
00:41 2019
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - "Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib. 

Xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. 

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. (APA)
 
****
Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj” – "Qarabağ” matçı davam etdirilib.
 
Xoşəgəlməz hadisədən dərhal sonra Lüksenburqun idman naziri "Qarabağ" klubundan üzr istəyib. 
 
Oyun təxminən 23 dəqiqədən sonra bərpa edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook