SON XƏBƏR

Dünya Bankı Azərbaycana yeni kredit ayırır - Cavid Qurbanov

İyul 29
12:29 2019
"Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Qlobal.az xəbər verir ki, bunu "Report”a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

"Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, - deyə qeyd edib.

Qeyd edək ki, bu layihənin hesabına 243 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook