SON XƏBƏR

Dünya Bankı Azərbaycana yeni layihələr təklif edə bilər

İyun 13
00:19 2018
"Növbəti altı ay ərzində Dünya Bankı (DB) Azərbaycanda mümkün layihələrin kompleks qiymətləndirməsini keçirəcək”

Trend-in məlumatına görə, bunu DB-nin Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi deyib.

O bildirib ki, hazırda cari layihələr başa çatmaq üzrədir: "Bildiyiniz kimi, DB-nin Azərbaycan üzrə strategiyası 2015-ci ildə qəbul olunub və 2020-ci ilədək dövrü əhatə edir. Növbəti altı ay ərzində Azərbaycan hökumətinə yaxın iki il ərzində təklif edə biləcəyimiz və onları maraqlandıra biləcək layihələrin kompleks qiymətləndirməsini keçirəcəyik”.

Qeyd edək ki, hazırda DB Azərbaycanda doqquz layihə həyata keçirir. Bu layihələr 2019-cu ilin əvvəlində başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook