Dünya Bankının Vaşinqtonda yerləşən Mənzil Qərargahında Azərbaycan İrsi Günləri keçirilir
May 25
23:59
2016
Azərbaycanın ABŞ-dakı səfirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə mayın 24-də Dünya Bankının inzibatı binasında Azərbaycanın İrsi Günlərinin açılış mərasimi keçirilib.
İki günlük tədbir çərçivəsində Dünya Bankının əməkdaşları və qonaqlarına Azərbaycanın zəngin tarixi və mədəni irsi, o cümlədən milli geyimlərimiz, xalçalarımız və rəsm əsərlərimız, paytaxt Bakının və ölkəmizin digər guşələrinin gözəl mənzərələri, habelə Azərbaycanın turizm potensialından bəhs edən video çarxlar nümayiş etdirilib. Qonaqlar milli musiqimizin klassik parçaları ilə tanış olublar, onlara ölkəmiz barəsində broşürlər paylanılıb.
Tədbir çərçivəsində Dünya Bankının əməkdaşları və qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz yeməklərindən ibarət nahar təqdim olunub.
Azərbaycanın İrsi Günləri burada iştirak edən çoxsaylı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, bu təşəbbüs Dünya Bankı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.Qlobal.az