SON XƏBƏR

Dünya bazarında neft ucuzlaşıb

Mart 28
10:47 2022
Martın 25-də baş tutmuş son ticarət sessiyası zamanı 1,3% bahalaşmış neftin qiyməti korreksiya çərçivəsində düşüb.

"Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent” neftinin iyun fyuçersləri 2,63% ucuzlaşaraq, 1 bareli 114,28 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 3% aşağı düşərək, 1 bareli 110,48 ABŞ dolları təşkil edib.

Cümə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum neft qiymətlərində kəskin artıma səbəb olmuşdu. Hücuma görə məsuliyyəti Yəmən ərazisində fəaliyyət göstərən qiyamçı husilər öz üzərilərinə götürüblər.

Bundan əlavə, neftin ən böyük neft idxalçısı olan Çində koronavirusla bağlı vəziyyətin tələbə olan təsiri də "qara qızıl”ın qiymətinin düşməsinə səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook