Dünya birjalarında neft bahalaşıb
Dekabr 19
10:56
2016
Dünya birjalarında neft bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar artaraq 52,37 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar artaraq 55,60 dollar olub.
Neftin bahalaşmasına Liviyanın qərbində gündəlik 400 min barel neftin hasil olunduğu sahələrdə istehsalın bərpa olmaması səbəb olub.