Dünya bu fotodan danışır: İsrailin baş qərargah rəisi poliqonda oğlu ilə qarşılaşır...
Noyabr 26
00:19
2018
İsrail müdafiə ordusu əsasən xüsusi təyinatlı bölmələrin iştirakı ilə geniş miqyaslı təlimlər keçirib və bu təlimlərdə eyni vaxtda iki cəbhədə hərbi əməliyyatların aparılması məşq edilib.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, "Duvdevan”, "Maqlan” və "Eqoz” komandos birləşmələrinin cəlb olunduğu təlimlərdə Baş qərargah rəisi, general Hadi Ayzenkot oğlu ilə qarşılaşıb. Ata-oğulun poliqonda qucaqlaşma anı reportyorlar tərəfindən qeydə alınıb. Bu fotonu İsrail ordusunun mətbuat xidməti yayıb. Hadi Ayzenkotun oğlu "Maqlan” xüsusi təyinatlı birləşməsində xidmət edir.
Məlumatda deyilir ki, təlimlərdə İsrail ordusunun Hərbi Hava Qüvvələrinin yerüstü xüsusi təyinatlı birləşmələri də iştirak edib və şimalda "Hizbullah”a, cənubda "Həmas”a qarşı eyni zamanda hərbi əməliyyatların aparılması sınaqdan keçirilib.
Hərbi ekspertlərin hesablamalarına görə əsas döyüş əməliyyatları şimal cəbhəsində gedir və nəticədə ordunun əsas resursları həmin istiqamətə yönəldilir. Ehtiyatdan çağırılan qüvvələr isə düşmənin ərazisində manevr edir.
Bu təlimlər İsraillə Qəzza sektoruna nəzarət edən "Həmas” arasında növbəti döyüşlərin başladığı və bir neçə gün sonra atəşkəsin əldə olunduğu, habelə "Hizbullah”ın yüksək dəqiqlikli raketlər üzərində işlədiyi və İranın Suriyada möhkəmlənməkdə olduğu bir vaxtda keçirilir. Təlimlər 10 gün davam edib və şərti düşmənə havadan , qurudan zərbələr endirilməsi, habelə hava və yerüstü qüvvələr arasında qarşılıqlı əlaqə sınaqdan keçirilib. İsrail ordusu bildirir ki, üç xüsusi təyinatlı birləşmələrin yeni imkanlarından istifadə edərək xüsusi təyinatlılar bir cəbhədən digərinə sürətlə yerdəyişmə ediblər, möhkəmləndirilmiş səngərlərdən çıxıb açıq məkanda döyüş əməliyyatları aparıblar.
Təlimlərin sonuncu günündə Baş qərargah rəisi poliqonda olub və hərbçilərlə söhbətləşib.
"Xüsusi təyinatlı briqada İsrail orusunun yeni əməliyyat alətidir və bu alət real təhdidlərə, çağırışlara qarşı mübarizə aparmaq üçündür. Komandirlər və döyüşçülər sadə və mürəkkəb vəzifələri yerinə yetiriblər, yüksək hazırlıq nümayiş etdiriblər. Bu təlimlər göstərir ki, xüsus təyinatlı briqada istənilən cəbhədə istənilən düşmənə qarşı döyüşməyə, hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır”-məlumatda deyilir.

Təlimlərin ssenarisinə əsasən döyüş əməliyyatları ilə eyni vaxtda hərbi iki istiqamətdə arxa cəbhə kütləvi raket zərbələrinə məruz qalır. Bu zaman İsrail ərazisinə bir gündə minlərlə raketin atılması ehtimalı nəzərə alınır. Beləliklə, İsrail ordusu və xalqı son onilliklərdə qarşılaşmadığı sınaqla üzləşir.