Dünya iqtisadiyyatı koronavirusa görə 5 trln. dollar itirəcək
Aprel 09
13:42
2020
Yeni növ koronavirusun (COVID-19) yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2 il ərzində 5 trln. ABŞ dollardan çox olacaq.
"APA-Economics”in məlumatına görə, bu barədə "Bloomberg” ekspert qiymətləndirmələrinə istinadən xəbər verir.
Məlumata əsasən, dünya ötən əsrin 30-cu illərindən bəri sülh şəraitində ən dərin tənəzzül dövrünə daxil olur. Virus səbəbi ilə ölkə hökumətləri fərdi sahibkarlara işlərini dayandırmağı, insanlara isə evdə qalmalarını tövsiyə edib. Tənəzzülün qısamüddətli olacağı proqnozlaşdırılsa da, ölkə iqtisadiyyatlarına güclərini bərpa etmək üçün vaxt tələb olunacaq.
"Citigroup” bankının baş iqtisadçısı Ketrin Manın fikrincə, qlobal iqtisadiyyata vurulan zərər 5 trln. dolları keçəcək.