Dünyada COVID-19 qurbanlarının sayı 440 mini ötdü
İyun 18
08:46
2020
Dünyada koronavirusa yoluxma halları 8 milyonu ötüb.
"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, koronavirusun aşkarlandığı 213 ölkə və bölgədə infeksiyadan 440 mindən çox insan ölüb.
Dünyada təhlükəli infeksiyaya yoluxmaların sayı 8 061 550-dir. Qeyd edilir ki, pandemiya ərzində koronavirusdan 440 290 pasiyent ölüb.
Ayrı-ayrı ölkələrdə ötən gün ərzində virusa yeni 119 759 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 494 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.