Dünyada dərinləşən ərzaq böhranı Azərbaycanda özünü necə göstərəcək?
İyun 20
14:40
2022
Rusiya-Ukrayna müharibəsi fonunda dünya ərzaq böhranı ilə təhdid edilir. İnflyasiya və qıtlıq müşahidə edilməyə başlayıb. Belə olan halda Azərbaycan vəziyyətdən necə çıxacaq?
"Dünyada ərzaq böhranı hələ ilin 2-ci yarısı üçün gözlənilir. Yəni üzü payıza doğru, həmin o qeyd etdiyimiz böhran daha çox hiss olunacaq, əyani görünəcək.
Hələlik, bu sahədə mövcud vəziyyət öz ciddiliyini kəskin şəkildə biruzə vermir. Ona görə ki, əvvəla yay mövsümüdür. Hal-hazırda taxıl biçimi dövrüdür. Ona görə də mövcud ərzaq böhranının artıq yetişdiyi və ciddi xarakter daşıdığı, hələki, özünü aşkar şəkildə biruzə vermir”.
Bu Barədə Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, bütün dünya ölkələrində, o cümlədən dünya iqtisadiyyatında kəskin infilasiya mövcuddur. Bütün ölkələrdə istehsal aşağı doğru meyllənnir. Təklif artıq mövcud tələb qarşısında xeyli dərəcədə zəifləyib.
Buna görə də, bu proses, əgər, bir az da davam edərsə, xüsusən də, Rusiya-Ukrayna müharibəsi uzanarsa və yayı da keçərsə, bu zaman ərzaq böhranı bütün dünyada öz kəskinliyi ilə ortaya çıxacaq. Ekspertin sözlərinə görə, bundan bütün ölkələr bu və ya digər formada ciddi şəkildə təsirlənəcəklər. Azərbaycana gəldikdə isə, Azərbaycanda hələ ki, ərzaq böhranı özünü qiymətlərin baha olması, inflasiyanın sürətlənməsi ilə göstərməkdədir.
"Keçən il Azərbaycanda yüksək inflasiya göstəricisi ilə yekunlaşdı. Və bunun əsasını, xüsusən ərzaq məhsullarının baha olması, yəni, ərzaq inflasiyasının təşkil etdi. Hazırda da iyun ayıdır, ilin birinci yarısının başa çatmasına bir neçə gün qalır. İnflasiya bu müddət ərzində hər ay artan temp üzrə davam edir. Və ilin ikinci yarısında inflasiyanın daha da çox şiddətlənəcəyi proqnoz edilir. Yəni ki, hələ ərzaq böhranı bu fonda özünü göstərir”,- deyən iqtisadçı bildirir ki, ərzaq böhranının ən kritik halı, nöqtəsi ondan ibarətdir ki, bir sıra yeyinti məhsulları, qida məhsulları üzrə qıtlıq ortaya çıxsın.
Ekspert bildirir ki, belə bir halın Azərbaycanda yaranacağını gözləmir. Sadəcə, ilin ikinci yarısında, xüsusən, un və un məhsulları üzrə qiymətlərin artacağını təxmin edir. "Bundan savayı bu və digər ərzaq mıhsuhları üzrə hər hansı bir çatışmamazlığın ortaya çıxacağını zənn etmirəm. Bununla belə müəyyən dünya iqtisadiyyatında vəziyyətlə bağlı fors major hallar, meydana gələ bilər. Amma, mən güman edirəm ki, biz bu mərhələni ciddi şəkildə itkilərə yol vermədən, itkisiz, təsirsiz keçə biləcəyik”.
P.Heydərovun fikrincə, hökumət ilin birinci yarısını yekunlarına dair prezidentin yanında keçirilən iclasdan da bəlli olur ki, hökümət gözlənilən ərzaq qıtlığı məsələsini nəzarətdə saxlayıb, və bir sıra ərzaq məhsulları üzrə, xüsusən də, ərzaq buğdası üzrə, müvafiq ehtiyatların təmin edilməsi üzrə zəruri olan bütün addımları atır.