SON XƏBƏR

Dünyada ən sürətlin internet bu ölkədədir - Saniyədə 1,2 terabit...

Noyabr 15
07:00 2023
Çin saniyədə 1,2 terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib. Bu, bir saniyədə 150 ​​HD filmin ötürülməsinə bərabərdir.

Qaynarinfo bu barədə "South China Morning Post"a (SCMP) istinadən xəbər verir.

Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərini birləşdirir: Pekin, Uhan və Quançjou. 

Sistem 2023-cü ilin iyul ayında şəbəkəyə qoşulub və bütün sınaqlardan uğurla keçərək tam fəaliyyətə başlayıb. Layihənin arxasında Çinin aparıcı təşkilatları, o cümlədən Tsinqua Universiteti, "China Mobile", "Huawei Technologies" və "Cernet Corporation" dayanır.

Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir. O həmçinin saniyədə bir terabitdən çox məlumat ötürmə sürətinin 2025-ci ildən tez olmayan reallığa çevriləcəyini gözləyən ekspertlərin proqnozlarını iki il üstələyib.

Kabel Çinin "Cernet” layihəsinin bir hissəsidir və ölkənin təhsil və elm mərkəzləri arasında yüksəksürətli internet əlaqələrinin yaradılmasına yönəlib. Layihənin özəlliyi ondan ibarətdir ki, kabel üçün bütün proqram təminatı və avadanlıqlar Çində hazırlanıb və istehsal edilib. Bu da onun xarici şirkətlərdən müstəqilliyini artırır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook