Dünyanın maliyyə sabitliyi risk altında - Beynəlxalq Valyuta Fondunun rəhbəri açıqladı
Mart 27
01:21
2023
Aparıcı iqtisadiyyatlara malik ölkələrdə mərkəz bankların inflyasiya ilə mübarizə üçün faiz dərəcələrini kəskin artırması dünya maliyyə sabitliyi sahəsində riskləri yüksəldir.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva bazar günü Pekində keçirilən Çin İnkişaf Forumunda səsləndirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik yüksək olaraq qalır və bunun bir səbəbi də geoiqtisadi parçalanmadır. Belə parçalanma hamını kasıb və az müdafiə olunan vəziyyətə gətirəcək düşmənçilik aparan iqtisadi bloklaşmaya səbəb ola bilər. Bu isə dünya iqtisadiyyatının ortamüddətli inkişaf perspektivlərinin zəif olaraq qalması demək olacaq: "Həmçinin maliyyə sabitliyi üçün də risklər güclənib. Borclanmanın artdığı bir dövrdə aşağı faiz dərəcələrindən yüksək dərəcələrə kəskin keçid təbəddülatlara səbəb olur. Biz bunun bir nümunəsini inkişaf etmiş ölkələrin bank sektorunda müşahidə etdik”.
BVF rəhbərinin dediyinə görə, bank böhranı ilə bağlı atılan addımlar bazarda gərginliyi müəyyən qədər azaldıb. Lakin qeyri-müəyyənlik davam etdiyinə görə, ehtiyatlı olmaq lazımdı: "Biz vəziyyəti diqqətlə izləməyə davam edirik. Daha həssas, aşağı gəlirli və yüksək borclanması olan ölkələrə xüsusilə diqqət yetiririk”.
K.Georgiyeva bildirib ki, 2023-cü ildə dünya iqtisadiyyatındakı artımın üçdə birini Çin təmin edəcək. O, Pekinə istehsal gücünü artırmağı, iqtisadiyyatdakı balansı investisiyaların azalması və istehlaka istiqamətlənməyə doğru dəyişməyi tövsiyə edib. BVF-nin hesablamalarına əsasən istehsalın artırılması 2027-ci ilədək Çində
real ÜDM-in 2,5 faiz, 2037-ci ilədəksə 18 faiz civarında artımını təmin edə bilər. Lakin qlobal iqlim dəyişikliyinin sürəti azalmasa, 2030-cu ilədək Çin iqtisadiyyatı 0,5-2,3 faiz kiçilə bilər.