Dövlət 1.5 milyon manat borcu olan Söyüdbala Cəfərov kimdir? - VİDEO
Fevral 15
09:03
2023
Fəhləliklə məşğul olan Hacıqabul rayon sakini Söyüdbala Cəfərovun özünün xəbəri olmadan adına 5 şirkət yaradılıb. Beləliklə, həmin şəxsin dövlət büdcəsinə ümumilikdə 1 milyon 451 min 117 manat vergi borcu yaranıb.
Bununla bağlı ortada dövlət qurumunun rəsmi məktubu var.
Xezerxeber.az-ın məlumatına görə, Söyüdbala Cəfərov deyir ki, onun adına 5 şirkət açılıb və bu şirkətlərin fəaliyyətindən dövlətə külli miqdarda borcu yaranıb. O deyir ki, Bakıda müxtəlif yerlərdə fəhlə kimi çalışıb. 2017-ci ildə ona Vergilər Nazirliyindən məktub gəlib. Məktubda adına 5 şirkətin olduğu və bir milyon manatdan artıq borcunun yarandığı qeyd edilib.
Söyüdbala Cəfərovun sözlərinə görə, hətta məsələ ilə bağlı Vergilər Nazirliyinin müvafiq qurumlarında da olub. Amma məsələ həllini tapmayaraq qalıb.
Məsələyə məhkəmə müstəvisində də baxılıb və Söyüdbala Cəfərovun ölkədən çıxışına qadağa qoyulub.
Hazırda onkoloji xəstə olan Söyüdbala Cəfərovun tək istəyi məsələnin tezliklə həllini tapmasıdır.

Qlobal.az