SON XƏBƏR

Dövlət Agentliyi bu şəxsin şirkətinə məsləhət üçün 120 min manat ödəyəcək

Fevral 23
05:04 2020
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) "məsləhət xidmətinə" 120.210 manat xərcləyəcək. 
 
Qlobal.az xəbər verir ki, Agentlik bu mqsədli sifarişçi olduğu tenderə yekun vurub. 
 
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "Məsləhət xidmətlərinin göstərilməsi üzrə xidmətin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 120.210 manat, tenderin qalibi isə "Ekvita Consulting" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 
 
Şirkətin qanuni təmsilçisi İlqar Mehti Rəşid oğludur. 
 
1999-cu ildə təsis edilən "Ekvita Consulting" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev ev4/189 ünvanıdır. 
 
Şirkətin saytında yazılan məlumata görə "Ekvita Consulting" MMC hüquq, vergi və idarəetmə üzrə tam konsaltinq xidmətləri göstərir. 
 
Şirkət hökumət layihələri ilə yanaşı beynəlxalq donor təşkilatları ilə də əməkdaşlıq edir.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook