Dövlət büdcəsində 1 milyard 78 milyon manat kəsir yaranıb
May 22
11:52
2018
"Obyektiv səbəblərə görə 2017-ci ilin dövlət büdcəsinin bəzi xərclərinə edilmiş qənaət nəticəsində dövlət büdcəsinin kəsrinin maliyyələşməsi mənbələrindən tam istifadə etmək zərurəti yaranmayıb. Büdcə kəsiri 1 milyard 78 milyon manat təşkil edib. Bu da proqnoza nisbətən 97 milyon və ya 8,3 faiz az olub. Büdcə kəsiri ümum daxili məhsulun 1,5 faiz həcmində olmaqla, proqnozda nəzərdə tutulandan 0,2 faizdən az olub”.
Qlobal.az modern.az-a istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə zamanı deyib.
Nazir müavini bildirib ki, 2018-ci ilin yanvarın 1-nə olan vəziyyətində dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 644,6 milyon manat sərbəst qalıq vəsaiti olub:
"Həmin vəsait də 2018-ci ilin dövlət büdcəsinin kəsrinin maliyyələşməsində dövlət borcunun xidmətlə bağlı yarana biləcək xərclərə ötürülməsi nəzərdə tutulub".

Qlobal.Az