Dövlət Departamenti Cənubi Koreyaya “F-35”lərin mümkün satışını təsdiqləyib
Sentyabr 14
06:21
2023
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya "F-35” qırıcıları və müvafiq avadanlıqların 5,06 milyard dollarlıq mümkün satışını təsdiqləyib.
Bəyanata əsasən, söhbət 25-ə qədər döyüş təyyarəsinin alınmasından gedir. Departament əmin edib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda əsas hərbi balansı dəyişməyəcək.
"Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.