Dövlət Departamenti Ukraynanın Rusiya ilə müharibədə qələbə strategiyasını açıqladı
Yanvar 26
13:24
2024
2024-cü ildə Ukrayna ABŞ və Avropa İttifaqının yardımı sayəsində Rusiya ilə müharibədə qalib gəlmək üçün daha güclü və daha yaxşı mövqedə olacaq.
Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O`Brayen deyib.
"Prezident Baydenin dediyi kimi, biz Ukraynanın qalib gəlməsinə kömək edəcəyik. Ona görə də bu, strateji məqsəddir", - O'Brayen Almaniyanın Marşal Fondunun analitik mərkəzində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna ABŞ-ın gələcək maliyyə yardımı və hələ də gözlənilən Avropa öhdəlikləri sayəsində nail olunacaq. O cümlədən, Aİ Ukraynaya 50 milyard avro məbləğində yardımın ayrılması barədə qərar qəbul etməyi planlaşdırır.
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ötən həftə dövlət katibi Entoni Blinkenlə görüşündə bu maliyyəni təmin edə biləcəklərinə əmin olduğunu bildirib. Aİ liderlərinin gələn həftə keçiriləcək sammitdə məsələyə baxacağı gözlənilir.
"Bizim tərəfimizdə eniş-yoxuşlar var, amma mən iki şeyi deyim. Konqresin hər iki palatasında Ukraynaya böyük dəstək var. Qalan yeganə problem liderlərin bunu nə vaxt səsverməyə çıxarmağa hazır olmasıdır. Və ABŞ Dövlət katibinin Avropa üzrə köməkçisi kimi mən yalnız bunları deyərdim: "insanlar hər gün öz təhlükəsizliyini və bizim təhlükəsizliyimizi qorumaq üçün döyüşür və ölürlər. Və düşünürəm ki, indi onların irəliləməsi üçün orada olmağımızın vaxtıdır", - ABŞ-ın yardımı ilə bağlı Dövlət Departamentinin nümayəndəsi əlavə edib.