SON XƏBƏR

Dövlət Dumasında Donbassı tanımaq barədə qərar layihəsi hazırlayıblar

Yanvar 11
00:49 2022
Dövlət Dumasında Donetsk və Luqansk "xalq respublikalarının" (dxr və lxr) tanınması barədə qərar layihəsi hazırlayıblar.

Bu barədə «Donbass reşayet» kanalına Dövlət Dumasının Kommunist partiyasından olan deputatı Kazbek Taysiyev xəbər verib (RFKP).

«Bizim partiya artıq Dövlət Dumasının Donetsk və Luqansk xalq respublikalarının tanınması barədə qərar layihəsini hazırlayıb» - o, deyib.

Taysiyev əmindir ki, yaxın vaxtlarda bu tapşırıq reallaşacaq. «Bu gün bizim vətəndaşlar məhv olur, bizim insanlar, bizim həmvətənlər, bizim doğma adamlar, bizim yaxınlarımız. Biz, bununla barışa bilmərik və birmənalı olaraq, biz, bu tapşırığı həll edəcəyik» - Taysiyev deyib.

Bu zaman o, qeyd edib ki, Minsk sazişinin alternativi yoxdur, amma Kiyev hər şeyi edir ki, bu tapşırığı həll etmək mümkün olmasın.

«Onlar məxsusi olaraq, ləngidirlər, onlara qurbanlar lazımdır, onlara bu müharibə lazımdır, çünki bu, okeanın o tayından sifarişdir. Bunu ki, hamı gözəl bilir» - Taysiyev deyib.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, dxr və lxr tanınma persektivini proqnozlaşdırmaq çətindir. Bu zaman Kemlin nümayəndəsi etiraf edib ki, münaqişənin tənzimlənməsi prosesi ləngiyir və bir çox parametrlər üzrə dalana dirənir.

AzPolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook