SON XƏBƏR

“Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 116% əməl edib”

May 31
13:20 2018
Milli Məclisin bugünkü plenar iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə bütün iqtisadi təyinatlar üzrə vəsaitlərin xərclənməsi, o cümlədən sosial yönümlü xərclərin ildən-ilə artması öz əksini tapıb.

"Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2,250 mlrd. manat proqnoza qarşı, 2,6 mlrd. manat vəsait daxil olub. Bununla da Komitə büdcə daxilolmalarına 116% əməl olunub. Son aylarda Dövlət Gömrük Komitəsi idxal və ixrac olunan malların gömrük prosedurlarının sadələşdirilməsi, malın mənşə ölkəsinin düzgünlüyünə nəzarət nəticəsində dövlət büdcəsinə əlavə vəsaitin cəlb olunmasına nail olub. Azadolmaların həcminin sabit qalmasına baxmayaraq, büdcə daxilolmalarında xeyli dərəcədə irəliləyiş olub. Bütün bunlar Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin birgə səyi nəticəsində mümkün olub” – deyə Z.Səmədzadə qeyd edib.

Vahid Əhmədov bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin icrasında diqqət çəkən müsbət məqamlar Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin kəskin azalması, manatın məzənnəsinin qorunub saxlanmasıdır. "Buna baxmayaraq bəzi məqamlara diqqət çəkmək istəyirəm. Ölkədə 30 bank var və ötən il bu bankların yalnız 5-6-da kapitallaşma həyata keçirilib. Qalan banklarda biz kapitallaşmasının şahidi olmadıq. Demək olar ki, ötən il bankların sağlamlaşdırılması prosesi faktiki olaraq həyata keçirilməyib. Biz bank sistemində sağlamlaşdırmaya nail olmasaq, ÜDM-də ciddi problemlər yarana bilər,” – deyə V. Əhmədov bildirib.
"APA-Economics"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook