Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər də proaktiv qaydada təyin ediləcək
Aprel 26
14:34
2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulacaq.
Bildirilib ki, sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək.
Hazırda həmin e-infrastrukturun əsasını təşkil edəcək "Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.