Dövlət Komitəsi: İraq və Suriyadakı döyüşlərdə 300-dən çox azərbaycanlının öldüyü barədə məlumat var
Yanvar 29
12:38
2018
"Suriya və İraqda radikal dini qruplaşmaların tərkibində döyüşən 300-dən artıq azərbaycanlının həlak olduğu barədə məlumatlar var ".
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.
S. Heydərov deyib ki, radikal qrupların tərkibində döyüşlərdə iştirak etmiş 92 nəfər Azərbaycanda məsuliyyətə cəlb olunub: "İraq və Suriyada bu qrupların tərkibində iştirak etmiş 260 nəfər də müəyyənləşdirilib və onlar vətəndaşlıqdan çıxarılıb".