SON XƏBƏR

Dövlət orqanlarına yoxlama aparmasına imkan verməyən "Akabe" məhkəməyə verildi

Fevral 14
11:53 2023
"Akabe” MMC -yə idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir

İş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Aynurə Sadıqovanın icraatına verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook