Dövlət qurumlarının tender fırıldağı: - Nəticələr ləğv oluna bilərmi?
Aprel 05
12:30
2019
Azərbaycanda keçirilən, dövlət qurumlarının elan etdiyi tender layihələri ilə bağlı ciddi problemlər var.
Tenderlerin şəffaf və ədalətli keçirilmədiyinə dair iddilar səslənir. Çox hallarda qurum rəhbərləri tender layihələrini gizli müqavilələrlə ya özlərinin kurasiyasında olan, ya da yaxın adamlarına aid şirkətlərə verirlər. Bir müddət öncə qalmaqallı tender məsələsi ilə bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədov gündəmə gəlmişdi.
Bildirilirdi ki, o, hələ "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğu zamanlarda qurumun elan etdiyi tenderləri qanunsuz olaraq müəyyən sövdələşmələrə getməklə şirkətlərə həvalə edib. Bununla bağlı hətta İsveç Prokurorluğunda cinayət işi də başladılıb.
Ziya Məmmədovla korrupsiya sövdələşmələri haqqında iş üzrə həbs edilmiş Kanadanın "Bombardier” nəqliyyat şirkətinin İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlov məhkəmə qarşısına çıxarılıb. Məlumatlara görə, İsveç Prokurorluğu şirkət üçün 340 milyon dollarlıq müqavilə əldə etmək üçün məmurun rüşvətlə cəlb edilməsində iştirakda şübhəli bilinən Y.Pavlova qarşı ittiham irəli sürülüb. Söhbət 2013-cü ildə Azərbaycan dəmir yolları üçün 3 milyard kron (333 milyon dollardan çox) dəyərində "Ebilock-950” siqnal sisteminin tədarükündən gedirdi.
Digər dövlət qurumlarında da bənzər tender layihələrinin keçirildiyi sirr deyil. Bununla bağlı mətbuatda kifayət qədər faktlara söykənən yazılar verilib. Amma görünən odur ki, proses hələ də davam etdirilir. Tender layihələrində nöqsanlara yol verən dövlət qurumları və onların mənimsədiyi pullar bu günlərdə Azərbaycan Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb. Palatanın hazırladığı hesabatda göstərilir ki, ötən il Azərbaycanda dövlət qurumlarında həyata keçirilən auditlərdən 48-i dövlət satınalmaları ilə bağlı olub.
Sənəddə qeyd edilib ki, 2018-ci ildə nəzarət tədbirləri malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 2 107,3 milyon manat vəsaiti əhatə edib. Satınalma müqavilələrinin 31,6 faizi tikinti, abadlıq və quruculuq işlərinin, 63,3 faizi malların alışının və 5,1 faizi göstərilən xidmət və keçirilən tədbirlərin payına düşüb.
Audit araşdırmaları zamanı 355 halda 25 309,5 min manat məbləğində vəsaitin satınalma keçirilmədən, 44 halda 1 674,1 min manat məbləğində vəsait isə məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə ayrı-ayrı müqavilələrə köçürülərək icra olunduğu aşkarlanıb. Eyni zamanda 76 halda tender komissiyasının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilmədiyi, 49 halda ehtimal olunan qiymətin müvafiq qaydada müəyyən olunmadığı, 1 halda malların (işlərin və xidmətlərin) satın alınmasının açıq tender üsulu ilə həyata keçirilməli olduğu metodlardan istifadə edilməklə həyata keçirildiyi, 8 halda tender elanının məzmununun və şərtlər toplusunun müəyyən edilmiş tələblərə uyğun formalaşdırılmadığı, 27 halda satınalmalar barədə elanların və bağlanmış müqavilələrdə məlumatların müvafiq internet səhifəsində yerləşdirilmədiyi, 1 halda "Dövlət satınalamaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslar olmadan satınalan təşkilat tərəfindən tender təklifinin kənarlaşdırıldığı, 2 halda kifayət qədər zaman olsa da, birbaşa müqavilə bağlanılması üçün razılıq alındığı, 21 halda malgötürəndən zəruri sənədlərin, o cümlədən tender təklifinin təminatının alınmadığı, 1 halda ehtimal olunan qiymətin tender zərfinin açıldığı günədək satınalan təşkilat tərəfindən məxfi saxlanılmadığı müəyyənləşdirilib.
Göründüyü kimi, dövlət qurumlarının tenderlərdə ciddi nöqsanlara yol verməsi halları mövcuddur. Qeyd edək ki, hesabat tam yayımlanmadığı üçün sözügedən nöqsanlara yol verən dövlət qurumları və sövdələşməyə gedilən şirkətlərin adları açıqlanmayıb. Hesabat 9 apreldə Milli Məclisin plenar iclasında təqdim olunacaq. Ümumiyyətlə, tenderlərdə yol verilən nöqsanlara görə həmin tenderlər ləğv edilməlidirmi?
İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında tender layihələrində baş verən saxtakarlıqlara aydınlıq gətirib. F.İbrahimov deyib ki, tender layihələrində baş verən saxtakarlıqları ilkin mərhələdə müəyyən etmək çox çətindir:
"İndiki reallıqda tender reallığında hansısa saxtakarlıq həmin an çox çətin müəyyən oluna bilir. Tenderin ləğvi məsələsinə gəlincə isə hansısa saxtakarlıq fakt üzrə müəyyənləşərsə, onun nəticələri ləğv olunur. Bununla yanaşı, tender layihəsinin qalibi olan şirkətin bu layihəni icra etmək gücü şübhə altına alınarsa, müflisləşərsə, tender nəticələri ləğv oluna bilər. Amma digər hallarda onu müəyyən etmək çox çətindir. Şirkət iş icrasını həyata keçirə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, avans ödəmədən işin icrası üçün lazım olan texniki göstəricilər haqqında saxta sənət göstərirsə, artıq icraçının problemləri yaranır. Bu baxımdan tender layihəsinin nəticəsi ləğv oluna bilər. Amma Azərbaycan reallığında buna çox nadir hallarda rast gəlinir. Şəxsən mən heç vaxt belə halla rastlaşmamışam. Kifayət qədər tender iclaslarında iştirak etmişəm. Çox təəssüf ki, bəzi dövlət qurumlarının elan etdiyi tenderi "idarə etmək qabiliyyəti” var. Tenderlərə təzyiq edə, eyni qəbildən olan tanış şirkətlər vasitəsilə istədikləri istiqamətə yönəldə bilirlər. Tender layihələrini istədikləri şirkətə verirlər. Bu cür faktlar var. Bu baxımdan, şübhəsiz ki, bu sahəyə müasirlik gətirmək lazımdır. Ən azından, tender layihələrinin elan olunmasında şəffaflıq prinsipi bərqərar olmalıdır. Tender layihəsi var, amma qapalı aparılır və ya elə bir yerlərdə elan verilir ki, həmin platformanın nə izləyicisi olur, nə də elektoratı var. Əlbəttə ki, saxtakarlıqlar olur. Ona görə də bəzi hallarda icra olunan layihələrin keyfiyyəti böyük sual altında qalır”.
Qlobal.az