SON XƏBƏR

Dövlət qurumu diskoteka üçün 70 minlik stadionu icarəyə götürüb

Sentyabr 03
12:19 2019
Bir müddət öncə NRYTN nəzdində İnnovasiya Agentliyi yaradıldı və bu yaxınlarda Prezident sərəncamı ilə yeni rəhbəri də təyin olunub.

Ekspert Osman Gündüz hesab edir ki, bundan sonra gözləmək olardı ki NRYTN-nin innovativ fəaliyyətində İnnovasiya Agentliyinin adına daha tez-tez rast gələcəyik. Amma qəribədir ki, hazırda nazirlikdə bu istiqamətdə öndə gedən qurum İnnovasiya Agentliyi deyil, NRYTN digər bir qurumu – AzİnTelecomdur.

O. Gündüz bildirir ki, milyonlarla vəsait xərclənərək yaradılan nəhəng Data Mərkəzin operatoru olan, Azercell kimi nəhəng qurumun təsisçisi olan, ölkənin bütün beynəlxalq trafikinə nəzarət edən bu dövlət şirkətinin özünə dəxli olmayan tədbirlər keçirməsi, cari xarakterli bəsit işlərlə məşğul olması anlaşılmazdır: 
"Hansı ki, bu işləri görəcək qurum da Prezident fərmanı ilə elə NRYTN-nin nəzdində yaradılıb.

Eyni zamanda absurd bir vəziyyət də ondan ibarətdir ki, bu dəfə AzİnTelecom 70 nəfərlik AZCLOUD Hackathon tədbrini keçirmək üçün 70 min nəfərlik Bakı Olimpiya Stadionunu icarəyə götürüb.

Bəlkə də dünyada eventlər tarixində bu dərəcə anormal bir vəziyyət olmayıb. 

Ölkəmizin diskoteka keçirmək üçün yüksək səviyyəli zalları mövcud olduğu halda AzİnTelecom-un 70 minlik stardionda 70 nəfərlə dsikoteka təşkilini necə izah etmək olar görəsən? Bəlkə vəsait o qədər çoxdur ki onu mütləq harasa xərcləmək (silmək) lazımdır?”.

Osman Gündüz deyir ki, gəlirin çox olması da inandırıcı görsənmir. Çünki daha bir absurd vəziyyət ondan ibarətdir ki, bu cür resurslara malik dövlət şirkətinin ötən il gəlirləri 26 % aşağı düşüb: "Yəni, daha doğrusu o ola bilərdi ki AzİnTelecom Data Mərkəzin operatoru olaraq xidmətlərin səviyyəsini qaldıraydı. Bu nəhənglikdə Data Mərkəz fərqindədirmi ki, ölkənin sayılan dövlət qurumları öz məlumat bazalarının Backup-ını hələ də xarici serverlərdə saxlayırlar. 

Nə üçün özəl sektor məlumat bazalarını yerli Data Mərkəzdə deyil xarici resurslarda saxlayirlar?

Nə üçün heç bir qurum AzİnTelecom-a gəlmək istəmir? Gələnlər də inzibati resurslarla gətirilir. 

AzİnTelecom daha əhəmiyyətli və özünə birbaşa dəxli olan bu sualların cavabı üzərində düşünsə daha doğru olardı.

Yeri gəlmişkən, ümumiyyətlə müşahidə etdikdə görmək olar ki Nazirlikdə səlahiyyət bölgüsü, vəzifələrin icrası sahəsində də anlaşılmazlıq var. Startpalarla bağlı regionada tədbir təşkil edilib. Məntiqlə bunu da sahə üzrə nazirliyin səlahiyyətli qurumu olan İnnovasiya Agentlıiyi etməlidi. Amma diqqət etdikdə görürük tədbirin təşkilatçıları arasında ümumiyyətlə bu qurumun adı yoxdur.

Düşünürəm ki, NRYTN tədbir xatirinə tədbir keçirməkdənsə Prezident fərmanı ilə yaradılan İnnovasiya Agentliyi çərçivəsində strateji plan hazırlayıb, strateji hədəflər götürüb, Prezidentin innovasiyaların inkişafı haqqında Fərmanına uyğun olaraq sistemli formada fəaliyyət göstərmək daha məntiqli olardı.

Qəribədir ki, İnnovasiya Agentliyinin rəhbərinin təyin olunması haqqında Prezident sərəncamını da Prezidentin rəsmi saytında tapa bilmədim. Bilmirəm təsadüfdür, yoxsa bu da nazirlikdəki anlaşılmazlıqlarla bağlıdır”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook