SON XƏBƏR

Dövlət qurumunda şok tender: 1 ədəd prezervativə 4 manat (FOTO)

Fevral 08
15:50 2021
Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu gün birdəfəlik kontraseptivlərin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, məbləği 199 min 500 manat olan tenderi qalibi "KİP SERVİS" MMC olub.
 
Tenderin şərtlərinə görə, 50 min ədəd qoruyucu gigiyenik vasitə N3 (xüsusi gigiyenik sertifikatlı ve son istifadə müddəti 2024 ilədək) mərkəzə veriləcək. Yəni, bir ədədi təxminən 4 manata.

Qeyd edək ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi kobud şəkildə pozub. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Tender müsabiqəsindən cəmi 5 ay əvvəl yaranan bu şirkətin qalib elan olunması şübhələrə əsas verir. 

Xatırladaq ki, 10 manat nizamnamə kapitalına malik "KİP SERVİS" MMC 28 avqust 2020 ildə yaradılıb.  

Həmçinin, Bakının ən məşhur apteklərində 2024-cü ilədək istifadə müddəti olan qoruyucu gigiyenik vasitə N3-ün pərakəndəsatış qiymətləri istehsalçı firmalardan (xüsusi gigiyenik sertifikatı olan - red.) olaraq 2-3,5 manat arası dəyişir. Topdansatış qiymətlərində ən azı -25 faiz fərq olduğunu nəzərə aldıqda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nədən belə "bahalı” qoruyucu alması müəmalı görünür…
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook